Monteneqroda 5.4 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu Monteneqro Hidrometeorologiya və Seysmologiya Təşkilatı açıqlayıb.
Zəlzələ Monteneqronun Nikşiç şəhəri yaxınlığında baş verib.
Dərinliyi 10 kilometr olduğu təsbit edilən zəlzələ ilə bağlı indiyədək can itkisi və dağıntı barədə məlumat verilməyib.
Zəlzələnin Bosniya və Herseqovina, Xorvatiya, Kosovo və Albaniyada da hiss olunduğu bildirilib.
Mikayıl