Moody’s Beynəlxalq Bankın reytinqlərini iki pillə yüksəltdi

Moody’s Beynəlxalq Bankın reytinqlərini iki pillə yüksəltdi
İQTİSADİYYAT
14:19 16.04.2019
5746
Moody’s Beynəlxalq  Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb və reytinqləri iki pillə yüksəldib. Belə ki, bankın Uzunmüddətli depozit reytinqi Pozitiv proqnozla B3 səviyyəsindən B1 səviyyəsinə qədər artırılıb, Kredit ödəmə qabiliyyəti reytinqləri (Baseline Credit Assessment, Adjusted Baseline Credit Assessment) caa2 səviyyəsindən b3 səviyyəsinə, Bankın Uzunmüddətli Qarşı Tərəfin Risk Qiymətləndirilməsi reytinqləri (Long-term Counterparty Risk Assessment, Long-term Counterparty Risk Rating) isə B2 səviyyəsindən Ba3 səviyyəsinə yüksəldilib.

Bankın mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumata görə, agentlik ekspertlərinin rəyində qeyd edilib ki, reytinqlərin bu yüksəlişi bankın aktivlərinin keyfiyyətinin artırılmasının, kapital mövqeyinin gücləndirilməsinin, gəlirliliyinin təmin olunmasının, xərclərin optimallaşdırılmasının müsbət təsirləridir. Bu istiqamətdə atılan məqsədyönlü addımlar nəticəsində Azərbaycan Beynəlxalq Bankı 2018-ci ildə 426 milyon manat xalis mənfəət (295 mln. manat əməliyyat mənfəəti) əldə edib. Kapitalın adekvatlığı əmsalı artıb, Aktivlərin gəlirliliyi əmsalı (ROAA) 3.5%-ə yüksəlib.

Moody’s ekspertlərinin fikrincə, ölkəmizdə əldə edilən makroiqtisadi sabitliyin, yerli banklar üçün yaranmış əlverişli əməliyyat mühitinin də Azərbaycan Beynəlxalq Bankının reytinqlərinin yüksəlməsində rolu böyükdür.

Agentlik hesab edir ki, bankın mövcud balans strukturuna əsasən, növbəti 12 - 18 ay ərzində də dayanıqlı gəlirlilik təmin olunacaqdır.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Moody’s Beynəlxalq Reytinq Agentliyinin yeni qərarı bu gün Azərbaycan Beynəlxalq Bankında gedən davamlı inkişaf proseslərini əks etdirir. Bankda özünü göstərən müsbət tendensiyalar beynəlxalq reytinq agentlikləri tərəfindən də diqqətlə izlənilir və qiymətləndirilir. Bankın maliyyə dayanıqlılığının artırılması strateji layihələrimizin icrasına geniş imkanlar yaradır”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 69-a çatdı
16:06 04.07.2025
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 69-a çatdı
Saray körpüsündə GENİŞLƏNDİRMƏ işlərinə start verilib
16:04 04.07.2025
Saray körpüsündə GENİŞLƏNDİRMƏ işlərinə start verilib
Gəlin, qucaqlaşaq!
15:58 04.07.2025
Gəlin, qucaqlaşaq!
Rəşid Meredov: "ECO-nun Avrasiyada aparıcı inteqrasiya təşkilatına çevrilmək üçün real imkanları var"
15:58 04.07.2025
Rəşid Meredov: "ECO-nun Avrasiyada aparıcı inteqrasiya təşkilatına çevrilmək üçün real imkanları var"
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
15:30 04.07.2025
Ersin Tatar: Azərbaycanın qısa müddətdə Qarabağı bərpa etməsi Şimali Kipri qürurlandırır
Almaxanım ana oldu
15:20 04.07.2025
Almaxanım ana oldu
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
15:15 04.07.2025
Türkiyə Prezidenti ECO-ya üzv ölkələri Şimali Kiprlə əlaqələri genişləndirməyə çağırıb
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
15:13 04.07.2025
Beynəlxalq təşkilatdan İsrailə çağırış - "İcazə verin işimizi görək"
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
15:11 04.07.2025
Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”
Beyniniz hər gecə lazımsız xatirələri silir
15:11 04.07.2025
Beyniniz hər gecə lazımsız xatirələri silir
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
15:00 04.07.2025
Kəlbəcərdə Birinci Qarabağ müharibəsinin üç itkin şəhidi ilə vida mərasimi keçirilib
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
14:45 04.07.2025
Ərdoğan: Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
14:44 04.07.2025
Liderlərin Xankəndi görüşü dünyaya hansı mesajı verdi? - Deputat AÇIQLADI
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
14:41 04.07.2025
Məhkəmədə Kəlbəcərin işğalına dair şok faktlar açıqlandı
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
14:30 04.07.2025
Media subyektləri bu halda reyestrdən çıxarılacaq
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi
14:26 04.07.2025
Şəxsiyət vəsiqələrimiz dəyişir - Milli Məclisdə I oxunuşdan keçdi