Moskva sakinin öldürülməsində azərbaycanlı şübhəli bilinir

Moskva sakinin öldürülməsində azərbaycanlı şübhəli bilinir
KRİMİNAL
13:35 14.10.2013
2440

Ötən həftə Moskva sakini Yeqor Şerbakovun öldürülməsində şübhəli bilinən azərbaycanlı hələ də yaxalanılmayıb.

AZXEBER.COM-un “İzvestiya” qəzetinə istinadən verdiyi xəbərə görə, qətldə əsas şübhəli şəxs 25 yaşlı azərbaycanlı hesab olunur. Qeyd edək ki, Moskva sakininin öldürülməsi Qərbi Biryulevdə kütləvi narahatlıqlara səbəb olub. Şənbə axşamı onlarla adam polis bölməsinin qarşısına yığılıb. Bazar günü isə qətl yerinə mindən çox adam toplaşıb. Nəticədə toplaşan insanlarla Xüsusi Təyinatlı Mobil Dəstə (XTMD) arasında toqquşmalar olub. İğtişaşlar zamanı 380-dən çox adam həbs olunub. 6 XTMD əsgəri də daxil olmaqla, 10-dan çox adam müxtəlif dərəcəli xəsarətlər alıb.

 

OXŞAR XƏBƏRLƏR