Moskva və Ankara regionda addımlarını koordinasiya edəcəklər

Moskva və Ankara regionda addımlarını koordinasiya edəcəklər
DÜNYA
18:06 22.01.2024
142
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiçlə görüşüb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onlar Cənubi Qafqazdakı durumu müzakirə ediblər.

Diplomatlar Moskva ilə Ankaranın regionda sülh və sabitliyin gücləndirilməsi üçün atacaqları addımların bundan sonra da əlaqələndirilməsinə dair razılıqları təsdiq ediblər.

Onlar həmçinin Mərkəzi Asiya və Ukraynadakı müharibə barədə danışıb, regional və beynəlxalq məsələlər üzrə ikitərəfli əməkdaşlığın səmərəliliyini qeyd ediblər.
 
///report
OXŞAR XƏBƏRLƏR