Moskvada 'Dolu' filminin nümayişi olub - VİDEO

DÜNYA
13:35 07.12.2012
1207
Qarabağ müharibəsini özündə əks etdirən "Dolu" filmi Moskvada nümayiş olunub. Moskvada Ruminiya Mədəniyyət Mərkəzində həyata keçirilən filmin təqdimat mərasiminə Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu və çox sayda diaspor nümayəndələri qatılıb. Filmin nümayişi böyük maraq doğurub.Filmin ssenari müəllifi Aqil Abbas filmin süjetinin təxəyyül məhsulu olmadığını, həyatda gördüyü və keçirdiyi hisslər əsasında yazıldığını deyir. ”Doğrudur, romanın əvvəlində yazmışam “burada heç kim, heç nə axtarmasın. Təxəyyül məhsuludur”. Amma bu roman heç də təxəyyül məhsulu deyil, hamısı mənim gözümün qabağında olub. Mən qarabağlıyam. Uzun müddət bu romanı yazmaq istəmişəm. Romanı yazarkən dəfələrlə ağlamışam”.Qeyd edək ki, film Qarabağ müharibəsi zamanı bütün çətinliklərə baxmayaraq vətən uğrunda canlarından keçən Azərbaycan oğullarının qəhrəmanlığından bəhs edir.

OXŞAR XƏBƏRLƏR