Moskvaya uçan təyyarə Bakıda təcili eniş edib

Moskvaya uçan təyyarə Bakıda təcili eniş edib
SOSİAL
22:50 22.01.2017
897
Heydərabad-Bakı-Moskva reysi ilə uçan təyyarə Bakıda təcili eniş edib.
 
"Report" xəbər verir ki, təyyarənin göyərtəsində "A" hidrosisteminin öz germetliyini itirməsi hadisəsi baş verib. Hava gəmisi uçuş-eniş zolağının ərazisində dayanıb. Təyyarə eniş edən zaman ön şassi dayağı açılmayıb, daha sonra heyət üzvləri hava gəmisini endirə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb, təyyarə yedəyə alınaraq uçuş-eniş zolağından çıxarılıb. Hazırda təyyarə texniki baxışdan keçirilir.
OXŞAR XƏBƏRLƏR