Moskvaya uçan təyyarə Bakıda təcili eniş etdi

Moskvaya uçan təyyarə Bakıda təcili eniş etdi
SOSİAL
13:33 22.01.2017
984

 

Heydərabaddan (Hindistan) Moskvaya uçan "Boeing” təyyarəsi ön dayaq şassisində problem yarandığına görə Azərbaycanın paytaxtında təcili eniş etməli olub.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata əsasən, fövqəladə hadisə nəticəsində zərərçəkən olmayıb. Layner yedəklə təmir meydançasına aparılıb və hazırda texnikalar ona baxış keçirirlər.

Baş verən hadisə ilə bağlı digər informasiyalar dəqiqləşdirilir.

//Virtual Azərbaycan
OXŞAR XƏBƏRLƏR