Motosiklet və skuter oğurlayan şəxslər saxlanılıblar

Motosiklet və skuter oğurlayan şəxslər saxlanılıblar
KRİMİNAL
12:46 03.10.2025
208
Paytaxtın Binəqədi rayon sakini olan bir nəfər polisə müraciət edərək 500 manat dəyərində motosikletinin naməlum şəraitdə oğurlanmasını bildirib.
 
AZXEBER.COM xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 46 yaşlı Q.Məmmədov müəyyən olunaraq saxlanılıb. 

Sumqayıt şəhərində isə 800 manat dəyərində skuteri oğurlamaqda şübhəli bilinən 34 yaşlı R.Abdullayev də polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR