Mourinyo milli komandalardan imtina etdi

Mourinyo milli komandalardan imtina etdi
İDMAN
14:18 10.09.2025
268
Ekvador və Meksika futbol federasiyaları Joze Mourinyonu baş məşqçi postuna gətirmək istəyib.

AZXEBER.COM xəbər verir ki, "Fənərbaxça”nın sabiq çalışdırıcısına hər iki yığmadan rəsmi təklif edilib.

Lakin portuqaliyalı mütəxəssis bu variantlara müsbət yanaşmayıb. Təcrübəli məşqçinin əsas hədəfinin İngiltərə Premyer Liqasına qayıtmaq olduğu bildirilir.

Qeyd edək ki, Joze Mourinyo karyerası ərzində "Portu”, "Çelsi”, "İnter”, "Real Madrid”, "Mançester Yunayted”, "Tottenhem” və "Roma” kimi klublarda da çalışıb, bu komandalarla bir sıra yerli və beynəlxalq titullar qazanıb.
 
Zəfər Hacılı
OXŞAR XƏBƏRLƏR