Mourinyo rəsmən "Benfika"da

Mourinyo rəsmən "Benfika"da
İDMAN
20:30 18.09.2025
183
Portuqaliyalı məşqçi Joze Mourinyo "Benfika"nın baş məşqçisi təyin olunub.

AZXEBER.COM bu barədə Lissabon klubunun rəsmi saytına istinadla xəbər verir.

Bildirilib ki, onun müqaviləsinin müddəti 2026/2027 mövsümünün sonuna qədər nəzərdə tutulub.

62 yaşlı mütəxəssisin çalışdırdığı son klub Türkiyənin "Fənərbağça" komandası olub. O, cari il avqustun sonunda klubdan ayrılıb.

Qeyd edək ki, Mourinyo "Benfika"da Bruno Lajeni əvəzləyəcək. B.Laje "Qarabağ"a 2:3 hesablı məğlubiyyətdən sonra istefa vermişdi.
OXŞAR XƏBƏRLƏR