MSK sədri Rüstəm İbrahimbəyovdan danışdı

SİYASƏT
15:45 23.08.2013
1296

“Seçki prosesi çox ciddi iş olduğundan beynəlxalq qurumlar və yerli nümayəndələr tərəfindən bu prosesə böyük maraq var”.

AZXEBER.COM-unməlumatına görə bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, seçkilərə dünya standartlarına uyğun ümumi yanaşma mövcuddur.

M.Pənahov qeyd edib ki, seçkidə xoşagəloməz hallar olarsa, bunu şişirtməyə meylli qüvvələr də olacaq.“Bu həm xaricdən, həm də daxildən olacaq. Təbii bir haldır. Çünki istənilən ölkə bu məsələ ilə qarşılaşır”-deyən MSK sədri Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovla bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, ikili vətəndaşlıqla bağlı Konstitusiyadakı müddəlar nəzərə alınır.“MSK üçün namizədin kimliyinin önəmi yoxdur. Hər şey qanun çərçivəsində tənzimlənir. Digər dövlət qarşısında öhdəliyi olan şəxslər prezidentliyə namizəd ola bilməz. Bizə Rüstəm İbrahimbəyovun sənədləri dünən daxil olub. Beş gün ərzində onun sənədlərinə baxılacaq və bundan sonra MSK-nin qərarı açıqlanacaq”.

OXŞAR XƏBƏRLƏR