Müəllimlərə şad xəbər - maaşlar artırıla bilər

İQTİSADİYYAT
19:45 04.01.2025
939
2025-ci ildə Azərbaycanda təhsil sahəsində bir sıra yeniliklər gözlənilir.

AZXEBER.COM xəbər verir ki, modern.az gözlənilən yeniliklərlə bağlı təhsil eksperti Kamran Əsədovla həmsöhbət olub.

O qeyd edib ki, gözləntilər arasında ən vacibi müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır:

"Yaxın günlərdə müəllimlərin əmək haqqının artırılması istiqamətində addımlar atılmalıdır. Hazırda ölkədə orta aylıq müəllim maaşı 500-600 manat təşkil edir. Bu rəqəm müasir iqtisadi reallıqlara uyğunlaşdırılmalı və 2025-ci ildə minimum 800 manata çatdırılmalıdır".

Ekspet bildirir ki, digər gözlənti müəlimlərin sertifikasiya imtahanları ilə bağlıdır. "Bilirsiz ki 2022-ci ildən başlayan bu proses ökədə orta məktəblərin inkişafına xüsusilə töhvə verir. 2025-ci ildə  bir sıra digər fənlər üzrə də sertifikasiya imtahanları olacaq"- deyə Kamran Əsədov qeyd edib. 

Bu il məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndiriləcəyi də gözlənilir. Kamran Əsədov bildirir ki, "Ölkəmizdə 30 faizə qədər uşaq məktəbəqədər təhsilə cəlb olunurdusa, bu il bu istiqamətdə biz xoş rəqəmləri görə biləcəyik". 

Azərbaycanın ali təhsil müəssisələrinin bu ilin iyul ayında yeni reytinqinin açıqlanması da yeni gözləntilər sırasındadır. Ekspert qeyd etdi ki, indiyə qədər açıqlanan ümumi reytinqlər deyil, sadəcə müxtəlif sahələr üzrə hesablamalar idi.  

Bu il qəbul plan yerlərində də artım olacaq. Xüsusilə Qarabağ Universitetində qəbul yerlərinin artması gözlənilir. 
Həmçinin Kamran Əsədov bildirir ki, bu il ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə qəbul plan yeri ən azı 60 mindən yuxarı olacaq.

"Bu təhsilin əlçatanlığına kifayət qədər müsbət təsir göstərəcək", - ekspert vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir