Müğənni Elvin Abdullayev yeni mövsümün planlarını qurur - FOTO
MAQAZİN
10:17 25.12.2012
2011
Qırğızıstanda keçirilən “Azərbaycan günləri” adlı konsert proqramında müğənnimiz Elvin Abdullayev də çıxış etdi.AZXEBER.COM-a açıqlama verən müğənni bildirib ki, Bişkek şəhərində keçirilən tədbir 2 gün davam edib. “Müğənni həmkarlarım ilə birlikdə ötən gün, Bişkek şəhərində konsert proqramı ilə çıxış etdik. Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan konsert proqramına bir çox həmvətənlərimiz qatıldı. Bakıya geri döndüyüm gündən yaradıcılıq işlərimə yenidən start verdim. Yeni mahnımın son tamamlanma prosesi gedir. Bundan əlavə bir neçə yeni mahnılarım hazır olsa da, yeni mövsümdə təqdim etmək niyyətindəyəm “.Ozal İbrahimli