Əməkdar artist Röya Ayxan "Övladıma müğənni qız almaram" deyən məşhurların ünvanına sərt sözlər deyib.
AZXEBER.COM-un məlumatına görə, müğənni "Show news"a açıqlamasında sənət adamlarını tənqid edib. Röya "Oğluna müğənni qız alarsan" sualına belə cavab verib:
"Niyə almıram, quzu kəsərəm onlara. Belə dəxlisiz danışırlar, mənlik deyil. Bütün evlərdə pisi də, yaxşısı da, gedib, sonra boşananı da var. Bizim içimizdə olan ürəyi təmiz, gecə-gündüz işləyib nəslini saxlayan heç yanda yoxdur. Ağızları isti yerdədir. Başa düşmürlər ki, elə zəmanəyə gəlib çıxımışıq ki, işləyən qızları alırlar".
Qeyd edək ki, əməkdar artistlər Könül Kərimova, Elnarə Abdullayeva, müğənnilər Xatun Əliyeva, Elçin Hüseynov övladına müğənni qız almayacağı açıqlaması ilə gündəmə gəlmişdi.