Müğənnilərimizin ‘Enşteyn kimdir?’ sualına verdikləri acınacaqlı cavablar – VİDEO

MAQAZİN
00:52 29.09.2014
7553

Ötən gün ATV-nin efirində yayımlanan “Şirin çay” verilişinə qonaq olan müğənnilər – Nadir Qafarzadə, Mətanət Əsədova və Rüfət Əzizov aparıcının verdiyi sual qarşısında çaş-baş qalıblar.

AZXEBER.COM xəbər verir ki, canlı yayımda aparıcısının “Enşteyn kimdir?” sualına Mətanət Əsədova “əmim oğludur” deyə cavab verərək onun tanımadığını deyib.

Rüfət Əzizov da Enşteyni tanımadığını söyləyib. Nadir Qafarzada isə onun elm adamı olduğunu bilsə də Enşteyn haqqında konkret fikir söyləyə bilməyib.

Müğənnilərin Enşteyni tanımamaları “facebook” sosial şəbəkəsində də müzakirəyə səbəb olub. Müğənnilərimizin intelektual səviyyəsinin aşağı səviyyədə olması bəzi istifadəçilər tərəfindən sərt tənqid edilib.

Həmin görüntüləri təqdim edirik:

OXŞAR XƏBƏRLƏR