Müğənnimizi Türkiyəyə çağırdılar - FOTOLAR

MAQAZİN
15:51 01.11.2012
2065
Müğənni İlahə İbadovanın sənətinə Türkiyədə maraq yaranıb. Bir müddət əvvəl mahnılarını aranjeman üçün Türkiyəyə göndərən sənətçinin ifası studiya rəhbərliyi tərəfindən bəyənilib.
Rəhbərlik ona əməkdaşlıq təklifi göndərməklə səsinin məlahətinin qonşu ölkədə də eşidilməsini tövsiyə edib. AZXEBER.COM-un məlumatına görə, xanəndə xanım təklifə bağlı fikirlərini belə ifadə edib: «Əvvəla onu bildirim ki, mahnılarımın Türkiyədə aranejeman olunmasına vasitəçi İsmayıl Əsədov olub. Studiya rəhbərliyi, əməkdaşları çalışdığı sənətçini daha yaxından tanımaq üçün küliyyatını dinləyiblər. Bəyəndikləri üçün bir yox, bir neçə dəfə təklif aldım. Onlar məqsədini də açıqlayıblar ki, əməkdaşlığın mahiyyəti onlara pul qazandırmaq demək deyil. Onlar səsimi Türkiyədə eşidilməsinə maraqlıdırlar. Mən isə düşünməliyəm. Burada qurduğum karyeranı dayandırıb, yenidən Türkiyədə sıfırdan başlamaq risk tələb edir. Bu əməkdaşlıq hansısa variantda yəqin ki, baş tutacaq». İlahə aranjeman olunan mahnılarının tamamlanmağa doğru getdiyini bildirdi. Növbəti mərhələdə mahnılar albom şəklini alıb, təqdimatdan sonra satışa çıxarılacaq.Qeyd edək ki, İlahə İbadovanın Taleh Ələsgərli ilə ifasında ekanlaşdırılan «Qonşu qız» klipi yaxın həftələrdə yayıma buraxılacaq.

OXŞAR XƏBƏRLƏR