Mühacirləri daşıyan qayıq qəzaya uğradı - Ölən və yaralananlar var

Mühacirləri daşıyan qayıq qəzaya uğradı - Ölən və yaralananlar var
DÜNYA
16:48 10.01.2024
191
İmmiqrantalrı daşıyan qayıq qayalara çırpılıb.

AZXEBER.COM Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Lesbos adası sahillərində immiqrantları daşıyan qayıq güclü küləyin təsiri nəticəsində qayalara çırpılıb.

Qəza nəticəsində üç mühacir ölüb, biri isə yaralanıb. Qəzadan sağ çıxanlar miqrantlar, qayıqda təxminən 36 immiqrant olduğunu bildirib.

Yaralanan mühacirlər müalicə üçün Lesbos Xəstəxanasına, qəzadan sağ çıxan 8 nəfər isə adadakı Mühacirlərin Qəbul və Kimlik Mərkəzinə aparılıb.

İtkin düşən qeyri-qanuni mühacirlərin axtarış-xilasetmə işləri isə davam etdirilir.
 
Günel
OXŞAR XƏBƏRLƏR