“Müqaviləsiz işlədiblər, indi də kömək etmirlər” - NBC bankda qalmaqal

“Müqaviləsiz işlədiblər, indi də kömək etmirlər” - NBC bankda qalmaqal
SOSİAL
13:25 08.02.2017
3753
 
Bakıda təhlükəsizlik kamerası quraşdıran usta iş zamanı yıxılaraq ağır bədən xəsarətləri alıb.
 
NBC bankda çalışan Kərimov Zahid Valeh oğlu ağır xəsarətlərlə Travmatologiya və Ortopedia İnstitutuna yerləşdirilib. Rentgen müayinəsindən sonra ona bud sümüyünün boynunun sınığı diaqnozu qoyulub. Xəstənin həkimi Eyvaz Hacıyev bud sümüyünün sınığının ağır xəsarət olduğunu  bildirib:

"Bu çox ağır xəsarət sayılır. Sadəcə, xəstə cavan olduğu üçün sağalma prosesi tez gedə bilər. Ancaq əmək qabiliyyətini bərpa etməsi bir müddət çəkəcək".

Z.Kərimovun ailəsi qeyd edib ki, bankdan onlara heç bir kömək göstərməyəcəklərini deyiblər:

"Dünən gətirib xəstəxanaya yerləşdirib çıxıb gediblər. Ondan sonra heç kim baş çəkməyib. Yasamal rayon polis idarəsinin əməkdaşları gəldilər, bildirdik ki, heç kimdən şikayətçi deyilik. Amma heç olmasa maddi durumumuzu nəzərə alıb, müalicəyə kömək etsinlər. Bankın təhlükəsizlik xidmətinin rəisi Fariz Hüseynov deyir ki, o, bizim işçimiz deyil. Zahidə demişdilər ki, səninlə rəsmi müqavilə imzalayacağıq. Amma etmədilər".

NBC bankın təhlükəsizlik xidmətinin rəisi Fariz Hüseynov açıqlamasında əvvəlcə heç bir kömək edilməyəcəyini bildirsə də, sonradan fikrini dəyişib:
 
 
"O bizdə günəmuzd işləyib 15 manat pulunu alıb. O bizim işçi deyil, kənardan gəlib işini görüb. Narahat olmayın, ona kimsə kömək etməyəcək. Onun sizdən nə maddi marağı var? Sizin onunla tanışlığınız var?"

"İşçinizlə niyə əmək müqaviləsi imzalamamısınız" sualından sonra Fariz Hüseynov fikrini dəyişib:

"Əlbəttə çalışacağıq ki, əlimizdən gələn köməyi edək. Bizim də insanlığımız var, demişəm, məşğul olacaqlar"
///Ölkə.Az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sibel Can 54 yaşında ərə getdi
00:11 25.05.2025
Sibel Can 54 yaşında ərə getdi
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib