Murad Arif: “İlk olaraq Zamiq ağlıma gəldi” - VİDEO

MAQAZİN
12:07 10.10.2014
1600
Müğənni Zamiq Hüseynov söz və musiqisi “Hit maker”aparıcı-bəstəkar Murad Arifə məxsus “Yeganə” adlı bəstəni repertuarına daxil edib.AZXEBER.COM-a açıqlama verən mahnının bəstəkarı M.Arif Zamiqlə işbirliyi barəsində bu sözləri söylədi: “İlk öncə deyim ki, bəstələdiyim mahnıların xarakterini özüm seçmirəm. Mahnını yazıram, daha sonra onu kim ifa edəcəyini düşünürəm. Bu mahnını yazandan sonra onu ifa edəcək ifaçı ilk olaraq Zamiq ağlıma gəldi. Açığı Zamiq hər zaman məndən ritmik, çılğın mahnılar gözləyir. Amma nə edək ki, qismətinə ritmik mahnı düşmür. Bəstəni ilk olaraq Zamiqə göstərdim, qulaq asan kimi bəyəndi. Ümid edirəm ki, dinləyicilərin də xoşuna gələcək. Hər halda həzin bir payız nəğməsidir”.

Qeyd edək ki, M.Ariflə Zamiqin ilk işbirliyi 2011-ci ildə “O mənə inanır” mahnısı ilə olmuşdu.
OXŞAR XƏBƏRLƏR