Murad Arif: 'Müdirin yanında beş qat əyilib, evdə arvadını basıb döymürlər!' - FOTO

MAQAZİN
14:56 26.08.2014
1990
Lider TV-də yayımlanan "Solo" verlişinin aparıcısı Murad Arif verlişlər, filmlər və mahnılara bildirilən qeyri-etik fikirlərlə bağlı danışıb.AZXEBER.COM-un məlumatına görə, bu barədə "facebook" profilində yazan tanınımış aparıcı, maraqlı fikirləri ilə dostları tərəfindən olduqca xoş qarşılanıb.AZXEBER.COM olaraq həmin fikirləri təqdim edirik: "Mənim də həyatda sevmədiyim insanlar var, müğənni, aparıcı, artistlər var. Bəyənmədiyim hətta qıcıqlandıran verilişlər, filmlər, mahnılar olur. Amma yadıma gəlmir ki, onlara internetdən mənfi rəy yazım, iynəliyim, işlərini, özlərini pisləyim, qanadlarını qırım...yadıma gəlmir.Ona görə yox ki, mən bomba oğlanam və ya bu qədər ultra-mehriban bir adamam. Səbəbi sadədir... Vaxtım yoxdur!Bəli-bəli!Bütün pis fikirlər, bəd niyyətler bekarçılıq, avaraçılıq ve harınlıqdan irəli gəlir. Mən xalqımıza MƏŞĞULLUQ arzu edirəm. İş əlinden baş qaşımağa vaxt tapmayasınız, əzizlərim!Yalnız İŞLƏYƏN İNSAN başqasının zəhmətinə hörmətlə yanaşar...Olduğum qərb ölkələrində insanlar niyə mehribandır, səbrlidir, hər yerdə növbə gözləyir, siqnal vermirlər, hər kəsə təbəssümlə baxırlar?Çünki, Kişi kimi işləyib, Bəy kimi dolanırlar! Daha bizdəki kimi, müdirin yanında beş qat əyilib, evdə arvadını basıb döymürlər!Allah BİZƏ bol iş yetirsin. İnsanı İNSAN edən zəhmətdir".
Ozal İbrahimli
OXŞAR XƏBƏRLƏR