Murad Dadaşov: ‘Ən böyük istəyim argentinalı oxşarımı Bakıya gətirməkdir’ - FOTO MÜSAHİBƏ

MAQAZİN
19:36 17.03.2012
4653

Sezen Aksu onda desin ki, Üzeyir Hacıbəyov ermənidir və Azərbaycan da Ermənistandır”.

“Azərbaycan televiziyalarının indiki vəziyyəti Azərbaycan dövlətinin indiki vəziyyətinə heç də yaraşmır”.

“Mən istəmirəm ki, yalnız “Maşın şou” kimi layihəylə cəmiyyətdə qəbul olunum”.

“Nəinki mənə və ailəmə, hətda valideyinlərimə də bilet verirlər”

“Ən böyük istəyim argentinalı oxşarımı tapıb Bakıya gətirməkdir”

AZXEBER.COM portalı tanınmış şou-men Murad Dadaşovun müsahibəsini təqdim edir.

“Sezen Aksu onda desin ki, Üzeyir Hacıbəyov ermənidir və Azərbaycan da Ermənistandır”.

-“Xocalı soyqırımı” ilə bağlı 26 fevralda İstanbulda keçirilən aksiyada iştirak etmişdiniz.Sizcə, bu aksiya öz sözünü yetərincə deyə bildimi?

Düşünürəm ki, bu aksiya öz sözünü dedi və qarşısına qoyduğu missiyanı yerinə yetirdi. Biz burada bütün dünya ictimaiyyətini, minlərlə KİV nümayəndələrini bir daha Xocalı hadisələrinə diqqət yetirməyə çağırdıq. Bizim zəif vaxtlarımızda heç kəs bizim səsimizi eşitmirdi. İndi isə eşitməyə başlayıblar. Artıq Azərbaycan Xocalının səsini bütün dünyaya çatdıra bilir. Bu aksiya öz növbəsində çox böyük önəm daşıyırdı. Bilirsiniz ki, ölkəmiz bu gün Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çox böyük işlər görür. Bu yerdə ümummilli lider Heydər Əliyevin bir sözü yadıma düşür. O hər zaman deyirdi ki, “Azərbaycan bir vaxt gələcək bütün dünyaya kömək edəcək”. Hazırda bu prosses özünü doğruldur. 9 milyonluq xalqımız Türkiyəyə, təbii fəlakətlərlə üzləşən Rusiyaya, maddi baxımdan Gürcüstana kömək edir. Dünya xəritəsində çox kiçik görünsək də, artıq Azərbaycanımız dünyada öz sözünü deyir və deməyə də davam edəcək. Bu hal məni çox xoşbəxt edir.

-Murad bəy, bildiyiniz kimi Türkiyənin məşhur sənətçisi Sezen Aksu “Kök” albomunda “Sarı Gəlin”i erməni dilində oxumaq niyyətindədir.Sizin buna münasibətiniz necədir?

Sezen Aksu azad bir insandır və müstəqil bir dövlətin vətəndaşıdır. Düşünürəm ki, nə Azərbaycan nə də, Türkiyə təzyiqlərlə onun bu istəyinin qarşısını ala bilməyəcək. Bu hadisə əslində heç nəyi dəyişmir. “Sarı Gəlin” bizim xalq mahnımız olub və bundan sonra da bu cür qalacaq. Bu artıq Sezen Aksunun öz sənətində göstərdiyi qeyri-peşəkarlığın nümunəsidir. Hətta onun təkcə qeyri-peşəkarlığının deyil, savadsızlığının və tərbiyəsizliyinin göstəricisidir. Hazırda bu sənətçi öz sənətinin altına bir yalan imzası atır. Bu isə gələcəkdə özünü çox gözəl büruzə verəcək. Sezen Aksu onda desin ki, Üzeyir Hacıbəyov ermənidir və Azərbaycan da Ermənistandır. Bu xanım çox yalançıdır. İnanıram ki, o nə vaxtsa bu cür uydurma işlərlə də məşğul olacaq.

-Murad bəy, Sezen Aksunun ölkəmizdə mahnılarına qadağa qoyulması kimi bir addımı necə qiymətləndirərdiniz?

Azərbaycana qarşı bu cür addımlar atmaqda davam etsə, təbii ki, qoyulmalıdır. Mən düşünürəm ki, dövlət strukturları bu haqda qərar qəbul etməlidirlər. Bu qadın bir sənətçi kimi mənim gözümdən tamamilə düşüb.

-Danışarkən teleprodüser kimi yox, siyasətçi kimi danışırsınız. Nə vaxtsa siyasətə gəlmək fikriniz varmı?

-Mənim siyasətə gəlmək fikrim yoxdur. Ancaq onu deyim ki, ölkəmizdə müəyyən nüfuza malik insanlardan biriyəm və bəlkə də, mənim sözlərimə yüz minlərlə insan inanır. Siyasətlə hazırda məşğul olan lazımi qədər insan var.

“Eurovision”la bağlı hər hansı bir təklif almısınızmı?

-Bildiyiniz kimi, yarışmada ilk qalib gəldiyimiz zaman bu xəbəri Azərbaycana gətirən ilk insanlardan biri olmuşam. Ancaq bunu ona görə etməmişəm ki, kimsə mənə nəsə bir təklif versin.

-Sizcə, bu il “Eurovision”da oxunacaq mahnı uğur qazana biləcəkmi?

Səbinənin bu il bizi təmsil etməsinə çox sevinirəm. Onun istedadına güvənirəm və əminəm ki, bizi layiqincə təmsil edəcək. Ümumiyyətlə bu yarışma çox düşündürücü yarışmadır. Burada insanların favorit göstərdiyi sənətçilər elə vaxt olur ki, heç bir yer tutmur. Ona görə indidən nəyisə proqnozlaşdırmaq düzgün deyil.

“Azərbaycan televiziyalarının indiki vəziyyəti Azərbaycan dövlətinin indiki vəziyyətinə heç də yaraşmır”.

-Murad bəy, istərdim, bir az da televiziyalarımızla bağlı məsələyə münasibət bildirəsiniz.Hazırkı Azərbaycan televiziylarındakı teleaparıcılardan razısınızmı?

Azərbaycan televiziyalarının indiki vəziyyəti Azərbaycan dövlətinin indiki vəziyyətinə heç də yaraşmır. Bizim telekanallarımız bu gün aparıcı telekanallar sırasında olmalıdır. Bu gün ən böyük problemlərdən biri də məhz insanların öz üzərində işləmək istəməməsidir. Televiziyaların durumunda isə çoxlu problemlər mövcuddur. Biz mütləq televiziyalarımızda dəyişiklikləri görməliyik. Savadlı kadrlar televiziyalarda çoxaldılmalıdır. Mən də aparıcıyam. Amma mən aparıcılıqla yanaşı həm də prodüserəm. İndi bir çox aparıcılar var ki, onlar aktyorluq işi ilə məşğuldurlar. Prodüsersiz heç bir iş görə bilmirlər.

-“Onun Yarısı” və “Toy Olsun” verilişlərinin reytinqləri alt-üst etməsi Azərbaycan televiziyalarının hansı vəziyyətdə olduğunu göstərir?

Bilirsinizmi, tamaşaçı baxmağa bir şey tapa bilmədiyi üçün bu cür verilişlərə baxır. Yeni layihələr olsa, təbii ki, o zaman alternativlər meydana çıxacaq.

“Mən istəmirəmki yalnız “Maşın şou” kimi layihəylə cəmiyyətlə qəbul olunum”.

-Murad bəy, “Maşın şou” davam edəcək, yoxsa...?

Coni Vestmiller adlı bir tanınmış aktyor vardı. Üzgüçülük üzrə çempion olmuş bu insanın oynadığı yeganə rol onu həm xoşbəxt, həm də bədbəxt eledi. Bu Tarzan rolu idi. Yaraşıqlı aktyor olmasına baxmayaraq, bu rolu oynayadıqdan sonra heç bir rola dəvət almadı. Elə hər kəsin gözündə də Tarzan olaraq qaldı. Mən istəmirəmki yalnız “Maşın şou” kimi layihəylə cəmiyyətlə qəbul olunum. İstəyirəmki radikal dərəcədə televiziyamızı dəyişərək müasirləşək.

-Murad bəy, bir vaxtlar KVN-də fəaliyyət göstərirdiniz. Yenidən KVN-dən sizə təklif gəlsə, bir aktyor kimi fəaliyyət göstərmək istərdinizmi?

KVN mənim həyatımda çox böyük bir yerə malikdir. Biz hər zaman məktəb illərinin necə gözəl keçməsindən danışırıq. Ancaq o illərə qayıtmaq istəmirik. KVN də məhz onun kimidir.

“Nəinki mənə və ailəmə, hətda valideyinlərimə də bilet verirlər”

-KVN-dəki həmkarlarızla münasibətiniz necədir ?

Münasibətimiz çox gözəldir. Sağ olsunlar hər konsertlərində nəinki mənə və ailəmə, hətda valideyinlərimə də bilet verirlər. Düşünürəm ki, bu il də çox maraqlı olacaq. Amma özümü artıq bu səhnədə görmürəm. -Murad bəy, hər hansı bir şəxsi biznesiniz varmı?

Böyük bizneslərlə məşğul olan dostlarım var. Onlardan bir neçəsinə həm kömək edirəm və həm də iş birliklərim var. Mən özümə biznesmen deməzdim. Bu işlərdə peşəkar deyiləm. Çünki 24 saatımı bu sahəyə həsr etmirəm. Mənim əsas işim “M Group” Productiondur.

“Ən böyük istəyim argentinalı oxşarımı tapıb Bakıya gətirməkdir”

-Bildiyiniz kimi, sizin Argentinalı bir oxşarınız tapılmışdı. İlk dəfə onu gördükdə nə hisslər keçirdiniz? Ən böyük istəyim, bu insanı Azərbaycana dəvət edərək, birlikdə canlı bir şou yaşamaqdır. Maraqlı olar. Doğurdan çox oxşayır mənə (gülür). Mimikası, gülüşü. İnsan insana necə oxşayarmış. Bildiyim qədəri ilə o məndən həm 1 az kök, həm də yaşlıdır. O yaşıma qədər arıqlamasam, mən elə ona oxşayacam. Bu mənə 1 işarədir ki, arıqla (gülür).

-Sonda nə əlavələriniz var?

Mən “Azxeber” vasitəsi ilə bütün məni oxuyan hər kəsi bir daha təhsilə çağırıram. Nə qədər imkanınız çatırsa, hər kəsdən xahiş edirəm, savadımızla məşğul olaq. Dünya miqyası üçün savadlı insanlarımız çox azdır.

Söhbətləşdi: Güləsər Qasımova

Foto: Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR