Müslüm Maqomayevin həyat yoldaşı təcili xəstəxanaya yerləşdirildi

TOP4
11:32 12.11.2019
4349
Tanınmış opera müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq artisti, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya təcili xəstəxanaya yerləşdirilib. 

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.  

Telekanalın məlumatına görə, 76 yaşlı sənətçi ürək-damar cərrahiyyəsi şöbəsində müayinə olunur.

Həkimlər bundan sonra onun əməliyyat olunması və ya konservativ müalicəsi barədə qərar qəbul edəcəklər.

OXŞAR XƏBƏRLƏR