Televiziya, yoxsa sosial media? – Deputat seçimindən danışdı

Televiziya, yoxsa sosial media? – Deputat seçimindən danışdı
SİYASƏT
11:32 15.07.2026
162
Son günlər tanınmış jurnalist Mirşahin Ağayevin televiziya izləməyənlərlə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O, Real TV-də yayımlanan "Media masası” verilişində "Televizora baxmıram” ifadəsini işlədən şəxslərə münasibət bildirərək bunu "tərbiyəsizlik” və "ədəbsizlik” kimi qiymətləndirib. Açıqlama qısa zamanda sosial şəbəkələrdə yayılıb və istifadəçilər arasında müxtəlif reaksiyalar doğurub.

Milli Məclisin deputatı Könül Nurullayeva AZXEBER.COM-a açıqlamasında deyib ki, 

"Mən də televiziyanı izləməyə çalışıram. Xüsusilə xəbər və ictimai-siyasi proqramları diqqətdə saxlayıram. Ümumiyyətlə, müasir dövrdə informasiyanı müxtəlif mənbələrdən almaq vacibdir. Rəsmi dövlət qurumlarının məlumatları, etibarlı xəbər portalları və sosial media platformalarında rəsmi səhifələr gündəlik informasiya mənbələrim sırasındadır”.

Deputat qeyd edib ki, hər mənbənin öz üstünlükləri var:

"Hər mənbənin öz üstünlükləri var. Televiziya peşəkar jurnalistika və redaksiya məsuliyyəti baxımından etibarlı informasiya mənbəyidir. Sosial media isə xəbərləri daha operativ şəkildə çatdırır. Hesab edirəm ki, düzgün yanaşma informasiyanı bir mənbədən deyil, bir neçə etibarlı mənbədən əldə etmək, xüsusilə də vacib məlumatları rəsmi mənbələrlə yoxlamaqdır.
Mənim üçün ən önəmli məsələ informasiyanın operativliyi ilə yanaşı, onun dəqiq və etibarlı olmasıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR