Müştərilər “Premium Bank”dakı pullarını geri götürür

İQTİSADİYYAT
19:12 16.01.2025
444
Müştərilər tərəfindən "Premium Bank” ASC-yə yerləşdirilən depozitlərin həcmi azalıb.
 
AZXEBER,COM Yeniavaz.com-a istinadən xəbər verir ki, 2023-cü illə müqayisədə 2024-cü ildə fiziki şəxslərin "Premium Bank”dakı depozitləri 11,7% və ya 38,8 milyon manat, hüquqi şəxslərin bankdakı depozitləri isə 10,6% və ya 10,2 milyon manat azalıb. Bu ilin əvvəlinə olan məlumata görə, fiziki şəxslərin "Premium Bank”da 292 milyon, hüquqi şəxslərin isə 85,7 milyon manat depoziti olub.
 
Qeyd edək ki, son 3 ildir hüquqi şəxslərin "Premium Bank”da yerləşdirdikləri depozitlər davamlı olaraq azalır. Belə ki, hüquqi şəxslərin "Premium Bank”dakı depozitləri 2021-ci ildə 191 milyon, 2022-ci ildə 125,8 milyon, 2023-cü ildə isə 95,9 milyon, 2024-cü ildə isə 85,7 milyon manat olub. Məlumat üçün bildirək ki, "Premium Bank”ın əsas səhmdarı AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevadır. 1994-cü ildə "AZAL Səhmdar Kommersiya Bankı” kimi fəaliyyətə başlayan, daha sonra adını 2 dəfə dəyişərək, əvvəlcə "Bank Silk Way” ASC, hazırda isə "Premium Bank” ASC adlanan bankın səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur.
 
Onu da bildirək ki, son illər Azərbaycanda bağlanan bankların sayı artıb. Belə ki, təkcə son 2 ildə 3 bankın lisenziyası ləğv olunub. 2023-cü ildə Mərkəzi Bank tərəfindən 2 bank – "Günay Bank” ASC və "Muğanbank” ASC, 2024-cü ildə isə "Naxçıvanbank” ASC bağlanıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir