Nadir Qafarzadə əsəbiləşdi: "Dünəndən əsəbiləşmişəm. Bu nə haqsızlıqdır?"

Nadir Qafarzadə əsəbiləşdi: "Dünəndən əsəbiləşmişəm. Bu nə haqsızlıqdır?"
MAQAZİN
13:50 01.03.2016
2017

Müğənni Nadir Qafarzadəni özündən çıxarıblar.

Lent.az-a açıqlama verən ifaçı bildirib ki, bəzi saytlar gündəm yaratmaq üçün onun sosial şəbəkədə paylaşdığı statusun sözlərini dəyişib:

“Dünəndən əsəbiləşmişəm. Bu nə haqsızlıqdır? Mən səhifəmdə yazmışam ki, Allah şəhidlərimizə rəhmət eləsin. Bəziləri bu “rəhmət” sözünü “lənət” sözü ilə əvəz edib. Mənim sözlərimi dəyişərək məni gözdən salmağa çalışan insanlar Allahdan qorxmursuz? Mən kimisə lənətləyəcək insan deyiləm. İnanmıram ki, bu həyatda bu sözü deyəcək insan da olsun. Artıq vəkilim bu işlə məşğuldur. Bunu edənlər təkzib verməli və məndən üzr istəməlidir”.

OXŞAR XƏBƏRLƏR