“Nar” eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına dəstək oldu

İQTİSADİYYAT
17:42 26.07.2019
4038
İnsanların həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş layihələrə hər zaman xüsusi diqqətlə yanaşan "Nar”-ın eşitmə məhdudiyyətli insanlar üçün təşkil etdiyi "Təlim Məktəbi” layihəsi başa çatıb.
 
AZXEBER.COM xəbər verir ki, üç ay boyun davam edən layihədə ümumilikdə 45 nəfər 3 fərqli peşə üzrə intensiv kurslarda iştirak edərək aşpaz, şirniyyat ustası və motorçu peşələri üzrə biliklərə yiyələniblər. Bu layihə eyni zamanda, eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına da yardım edib. Belə ki, layihənin yenicə başa çatmasına baxmayaraq, artıq 7 nəfər müxtəlif biznes qurumlarında işə başlayıb.

"Təlim məktəbini başa vuran iştirakçıların hər biri bacarıqlı və cəmiyyət üçün faydalı fərdlərdir. Onların vaxtında və düzgün istiqamətləndirilməsi çox sevindiricidir. Əminəm ki, bu layihədə iştirak edən hər kəs cəmiyyətdə öz yerini tuta biləcək” – deyə layihənin təlimçisi Bəhrəm Hüseynov bildirib.

Qeyd edək ki, "Nar” və "Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşdırılan "Təlim məktəbi” layihəsi eşitmə məhdudiyyəti olan insanların peşə sahibi olmaqla cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə keçirilib. Peşə təlimi ilkin olaraq paytaxt Bakıda həyata keçirildi. Gələcəkdə isə bölgələrdə də "Təlim məktəbi” layihəsinin davam etdirilməsi planlaşdırılır.

"Nar” 4 ilə yaxındır ki, eşitmə məhdudiyyətli insanlar üçün bu cür təlimlər təşkil etməklə, onların müxtəlif peşəyə yiyələnməsinə və iş bacarıqlarının artmasına töhfə verir. Fiziki məhdudiyyətli insanlara dəstək və onların cəmiyyətə inteqrasiyası "Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
12:12 26.02.2025
Milyonlarla insan qaranlıqda qaldı - Çilidə fövqəladə vəziyyət elan edildi
12:10 26.02.2025
Yeni serialdan alacaqları məbləğ məlum oldu
12:02 26.02.2025
HƏMAS və İsrail razılaşdı - Əsir mübadiləsi eyni vaxtda həyata keçiriləcək
11:52 26.02.2025
13 illik həyat yoldaşından boşanan müğənni Farahla sevgilidir
11:43 26.02.2025
Suriya xalqı İsrailin hücumlarını qınamaq üçün küçələrə çıxdı
11:42 26.02.2025
16 nəfərin ölümünə səbəb olan etil spirti məsələsi ARAŞDIRILIR
11:37 26.02.2025
Göygöldə hamilə qadın və körpənin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA
11:32 26.02.2025
"Vətəndaş mətbəxdə diş çəkdirirsə, Səhiyyə Nazirliyi buna cavabdeh ola bilməz"
11:30 26.02.2025
Regionlarda gənclərin iştirakı ilə Xocalı qurbanları yad edilib - FOTOLAR
11:18 26.02.2025
"Plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq"
11:14 26.02.2025
Xocalını sonuncu tərk edən Ramiz Məmmədov: "Ölmüş anasının sinəsində donan uşaq gördüm"
10:42 26.02.2025
Bakıya yenidən qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
10:41 26.02.2025
Nazlı Sabancı soyadını sildi - Boşanırlar
10:35 26.02.2025
Gələn ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək
10:20 26.02.2025
İlham Əliyev və Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
10:16 26.02.2025
Türkiyə XİN: Azərbaycanın ağrısını qəlbimizdə daşıyırıq