“Nar”-ın tərəfdaşı olan “Rabitə” idman klubunun boksçuları uğur qazanmağa davam edirlər

İQTİSADİYYAT
11:01 14.11.2016
1088

 

 

"Nar” operatorunun tərəfdaşı olan "Rabitə” idman klubu qələbələr seriyasına davam edir. Boks klubu özünün növbəti uğurunu Balakən şəhərində keçirilən yeniyetmələr arasında boks üzrə Azərbaycan turnirində qazanıb. Belə ki, 23-28 sentyabr 2016-cı il tarixləri arasında keçirilmiş yarışda iştirak edən "Rabitə” idman klubunun boksçuları 4 qızıl, 1 gümüş və 5 bürünc olmaqla toplam 10 medal əldə ediblər.

 

Qeyd edək ki, "Nar” və "Rabitə” idman klubunun birgə həyata keçirdikləri "Kimsəsiz uşaqlara və aztəminatlı ailələrin övladlarına dəstək” layihəsinin nəticəsi olaraq balaca boksçular beynəlxalq yarışlarda da xeyli uğur əldə ediblər. Sonuncu dəfə belə bir yüksək nəticə "Rabitə” klubunun yetirməsi tərəfindən Qazaxıstanın Aktau şəhərində əldə edilib. Belə ki, 28 sentyabr-2 oktyabr 2016-cı il tarixləri arasında keçirilmiş boks üzrə IX ənənəvi Beynəlxalq turnirdə 52 kq çəki dərəcəsində çıxış edən Məsud Yusifzadə 3-cü yeri tutaraq bürünc medal qazanıb.

 

"Nar” operatoru "Rabitə” idman klubunun baş sponsorudur. Bu sponsorluq çərçivəsində mobil operator idman sahəsinə öz əvəzsiz töhfəsini verməklə yanaşı, bir sıra sosial layihələr həyata keçirir. İdman və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsinə yönəlmiş layihə çərçivəsində "Nar” kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün "Rabitə” idman klubunda ödənişsiz peşəkar boks məşqlərinin keçirilməsinə dəstək olur.

 

"Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən almaq olar.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edib

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər