Mobil operator stimullaşdırıcı lotereyanı bitmiş elan etdı
18 yanvar 2014-cü il tarixində keçirilən lotereyə nəticəsində loteryanın baş mükafatının qalibi müəyyən olundu. Belə ki, Kərimova Sədaqət Haqverdi qızı yeni Volkswagen Tiguan avtomobilinin sahibi oldu. Bu münasibətlə, 23 yanvar 2014-cü il tarixində, Volkswagen AG şırkətinin Azərbaycandakı rəsmi distributoru olan Eurostyle LTD merkezində qalibə şırkət və Nar Mobile-ın nümayyəndələri tərəfindən açarlarin təntənəli sürətdə təqdim etmə mərasimi keçirildi.
“Yeni il mənim üçün çox uğurla başladı. Qalib olduğuma heç inanmırdım. Lakin bəxtımı sınamağa qərar verdim. Nəticədə gözlənilməz oldu. Nar Mobile-a və Volkswagen-a öz dərin təşəkkürümü bildirir və abunəçiləri gələcək lotereyalarda iştirak etməyi çağırıram”, - deyə qalib bildirdi.
Xatırladaq ki, lotereya 23 sentyabr 2013-cü il tarixdən 08 yanvar 2014-cü il tarixədək keçirilmişdir. Viktorinada gündəlik olaraq 100 AZN, həftəlik 500 AZN, aylıq 5.000 AZN nağd pul və final uduşu qismində 1 ədəd Volkswagen Tiguan markali avtomobil oynanılırdı.
Əlavə məlumatı www.shansliviktorina.com İnternet səhifəsindən əldə edə bilərsiniz.
![](/file/pic/xeber/2014-01-29/74235.jpg)
![](/file/pic/xeber/2014-01-29/74238.jpg)