‘Nar Mobile’dan məktəblilərə dəstək

‘Nar Mobile’dan məktəblilərə dəstək
İQTİSADİYYAT
11:33 11.07.2014
1520

Mobil operator Gəncə məktəblilərinin iştirak etdiyi yay düşərgəsinə dəstək verməklə şagirdlərin motivasiya ruhunu artırmağa çalışdı. 

AZXEBER.COM-un məlumatına görə, iyun ayının 11-də Gəncədəki 43 saylı orta məktəbdə xüsusi bilik və bacarığı ilə fərqlənən məktəblilərin iştirakı ilə ənənəvi yay düşərgəsi start götürüb. 15 gün davam edən yay düşərgəsi çərçivəsində müxtəlif talant şoular, ingilis dili kursları, daxili turlar, idman və bilik yarışları təşkil edilib, seçilmiş xüsusi müəllimlər tərəfindən dərslər keçirilib. 100-ə yaxın şəhər məktəblisinin iştirak etdiyi düşərgənin ən fəalları xaricdə təşkil ediləcək yay düşərgəsinə qatılmaq hüququ qazanıblar. Belə ki, xüsusi bilik və bacarığı ilə seçilən 10 şagird Gəncə Şəhər İcra Hakimiyyəti, şəhər təhsil şöbəsi, Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universiteti, “Fireland” turizm şirkəti, “Bilik körpüsü” HRM və “Turan” inkişaf mərkəzinin dəstəyi ilə Şimali Kiprdə təşkil ediləcək 15 günlük beynəlxalq yay məktəbinə göndəriləcəklər.    

Təhsil və elmin inkişafına hər zaman dəstək verən “Nar Mobile” mobil operatoru bu xeyirxah təşəbbüsdən də kənarda qalmayıb. Yay düşərgəsinə dəstək verən mobil operatorun nümayəndələri layihə çərçivəsində təşkil edilən talant şoularda iştirak ediblər. “Azerfon” şirkətinin İnsan resursları departamentinin direktoru Mətanət Babayeva tədbirdə çıxış edərək, bu cür yarışların önəmindən bəhs etmiş, gələcəkdə peşəkar kadrların formalaşması üçün təhsil və biliyin oynadığı roldan söhbət açmışdır. Tədbirin sonunda bütün iştirakçılara şirkət adından hədiyyələr təqdim edilmiş, xatirə fotoşəkli çəkilmişdir.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli  təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək