“Nar” Ümumrespublika İnformatika Olimpiadasının qaliblərini mükafatlandırıb

“Nar” Ümumrespublika İnformatika Olimpiadasının qaliblərini mükafatlandırıb
İQTİSADİYYAT
20:52 17.05.2018
8647
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı və "Nar” operatorunun sponsorluğu ilə keçirilən "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

"Nar"dan AZXEBER.COM-a verilən məlumata görə, 12-ci Olimpiadanın yekunlarına əsasən, Bakı Mühəndislik Universitetinin "BEU Programmers” komandası 1-ci, ADA Universitetinin "ADA U1” komandası 2-ci, Bakı Dövlət Universitetinin "BSU1” komandası 3-cü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Sharper” komandası isə 4-cü yeri tutub. Qaliblər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri fərman və Diplomlarla, eləcə də "Nar” operatorunun təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

İnformatika olimpiadasının məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, eyni zamanda qaliblər sırasından seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir. Olimpiadaya dəstək göstərməkdə "Nar” özünün korporativ sosial məsuliyyət strategiyasına (KSM) uyğun olaraq, İKT sahəsində yerli mütəxəssislərin yetişməsinə və İKT-nin gənclər arasında təbliğinə töhfə verir.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. "Nar” ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” tərəfindən keçirilmiş şəbəkə sınaqlarına əsasən "Nar” mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
16:00 16.09.2025
“Formula 1-in Azərbaycan Qran-prisi azarkeşlərin sevimlisinə çevrilib” - Deputat
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
15:59 16.09.2025
“Qarabağ”ın 19 yaşlıları “Benfika”ya 7:1 hesabı ilə məğlub oldu
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
15:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində - FOTOLAR
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
15:38 16.09.2025
Bakıda avtobus zolaqları ləğv edilə bilər? - Deputatdan açıqlama
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
15:31 16.09.2025
Ledi Qaqa "Kleopatra"nı canlandıracaq
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
15:28 16.09.2025
Cəlilabadda məktəbdə şagird qətlə yetirildi - sinif yoldaşı saxlanılıb
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
15:24 16.09.2025
Deputat Məlahət İbrahimqızının ayağı sınıb? - Özündən açıqlama
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
15:12 16.09.2025
“İsraillə ən yaxşı dialoq qura biləcək ölkə Azərbaycandır”
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
14:58 16.09.2025
“Veysəloğlu-Distribusiya” ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
14:50 16.09.2025
Qarabağ qazisi Assosiasiya sədri seçildi - Hesabat seçki yığıncağı
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
14:48 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
14:43 16.09.2025
Azərbaycan televiziyalarında yeni mövsüm başladı - Ciddi dəyişiklik olmadı
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq