"Nar" operatoru "Microsoft Imagine Cup" innovasiya müsabiqəsinə dəstək verməyə davam edir

İQTİSADİYYAT
11:48 22.11.2016
1360

 

Gənc kadrların formalaşmasına, onların bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən "Nar" bu il də "Microsoft Imagine Cup" innovasiya müsabiqəsinə dəstək vermək qərarına gəlib. Azərbaycan Respublikası Təhsil Nazirliyi, "Microsoft Azerbaijan" şirkəti, Yüksək Texnologiyalar Parkı və "Nar" tərəfindən ənənəvi olaraq dəstəklənən "Microsoft Imagine Cup" dünya tələbələri arasında hər il keçirilən ən miqyaslı innovasiya müsabiqəsidir.

Qeyd edək ki, Azərbaycanda sözügedən müsabiqə ildə bir dəfə olmaqla artıq üçüncü dəfə təşkil olunur. Müsabiqə çərçivəsində ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç kateqoriya üzrə iştirak edirlər: "İnnovasiya", "Dünya vətəndaşlığı" və "Oyunlar". Müsabiqədə iştirak etmək üçün "Microsoft" platforması üzərində innovativ proqram layihəsi, "Microsoft" texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən "Microsoft Windows" platformaları üzərində orijinal oyun hazırlamaq lazımdır.

21 noyabr 2016-cı il tarixdə müsabiqə münasibətilə təşkil olunmuş görüşün əsas məqsədi tələbələrin yenilikçi ideyalara malik gənclər üçün mövcud olan imkanlar haqqında məlumatlandırılması idi. Tədbirdə informasiya texnologiyaları və biznesin inkişafı istiqamətində yerli və xarici şirkətlərin təqdim etdiyi  məhsul, proqram və təşəbbüslər təqdim olundu. Görüş çərçivəsində ənənəvi "Microsoft Imagine Cup - 2017" müsabiqəsinin şərtləri izah olundu. Bununla bərabər, tələbələr üçün nəzərdə tutulmuş digər layihə və imtiyazlar da tədbirdə müzakirə edilən mövzular arasında yer aldı.

Təhsil, elm və mədəniyyətin inkişafı "Nar" korporativ sosial məsuliyyət (KSM) strategiyasının başlıca prioritetlərindəndir. Mobil operatorun KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura