"Nar”ın “Təlim məktəbi” kurslarının ilk mərhələsi uğurla başa çatdı

"Nar”ın “Təlim məktəbi” kurslarının ilk mərhələsi uğurla başa çatdı
SOSİAL
16:49 19.01.2017
724

 

"Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən və mobil operatorun nitq və eşitmə məhdudiyyətli vətəndaşların cəmiyyətə inteqrasiya etdirilməsinə davamlı dəstək konsepsiyasının bir hissəsi olan "Təlim məktəbi” layihəsinin ilk mərhələsi başa çatdı. "Uğur akademiyası” və "Asan könüllüləri gənclər təşkilatı” ictimai birliyi ilə birgə "Həyat bizimlə daha rəngarəng” şüarı altında reallaşdırılan layihə çərçivəsində 7 noyabr 2016-cı il tarixində dərslərə başlamış nitq və eşitmə imkanları məhdud vətəndaşlardan ibarət ilk qrup kursları uğurla başa vurdu.

75 nəfərədək nitq və eşitmə məhdudiyyətli gəncin iştirakı nəzərdə tutulmuş kurslar "Təlim məktəbi” layihəsinə görə tədrisi planlaşdırılmış üç istiqamətdən biri olan dizayn proqramları ixtisası üzrə start götürmüşdü. Qeyd edək ki, təlimlər nitq və eşitmə məhdudiyyəti olan gənclər üçün xüsusi tərcüməçi vasitəsilə reallaşdırılırdı. Kursun rəhbəri bu sahə üzrə peşəkar mütəxəssis olan Günay Əmirova oldu.  

Eyni zamanda, layihə heyəti tərəfindən dəvət olunmuş psixoloq tərəfindən kurs iştirakçılarının peşə potensialları qiymətləndirildi, həftə ərzində təşkil olunmuş mütəmadi görüşlərdə özünə inam və motivasiyanın artırılmasında onlara yardım göstərildi. 

Dizayn proqramları ixtisası üzrə təşkil edilmiş kursların iştirakçıları olan gənclər dərsləri müvəffəqiyyətlə başa vuraraq, müvafiq sertifikatlarla təltif edildilər. "Uğur akademiyası”nın həmtəsisçisi Cavid Şahmalıyev layihənin əlilliyi olan insanların cəmiyyətə qazandırılması istiqamətində atılmış daha bir uğurlu addım olduğunu vurğuladı. 

"Sosial məsuliyyət hissindən irəli gələn bu kimi təqdirəlayiq layihələr cəmiyyətin inkişafına misilsiz töhfə verməkdədir. "Nar” operatoru tərəfindən dəstəklənən bu təşəbbüs Azərbaycanın işgüzar mühitində gözəl bir nümunə oldu”, - deyə o, sözlərinə əlavə etdi.    

Xatırladaq ki, "Nar” artıq 3 ildir özünün KSM strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə qazandırılması istiqamətində müxtəlif addımlar atır. Bu istiqamətdə bir çox sosial layihələr həyata keçirmiş mobil operator həmçinin 11 nəfər ünsiyyət məhdudiyyətli vətəndaşı işlə təmin edərək, Azərbaycanın biznes mühitində parlaq nümunə göstərmişdir. "Nar” özünün müvafiq konsepsiyasına uyğun olaraq, gələcəkdə də bənzər layihələrə imza atmağı və bu kimi təşəbbüslərə davamlı dəstək verməyi nəzərdə tutur.

 

"Nar” KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı" - Məsciddə öldürülən gənclə bağlı təfərrüatlar
15:40 28.07.2025
"Toyu olacaqdı, bəylik kostyumu evdə qaldı" - Məsciddə öldürülən gənclə bağlı təfərrüatlar
Sabah yağış yağacaq, şimşək çaxacaq
15:31 28.07.2025
Sabah yağış yağacaq, şimşək çaxacaq
Rusiya: Ukrayna probleminin həllində göstərdiyi təşəbbüslərə görə Türkiyəyə minnətdarıq.
15:29 28.07.2025
Rusiya: Ukrayna probleminin həllində göstərdiyi təşəbbüslərə görə Türkiyəyə minnətdarıq.
Milli Qəhrəmanın qardaşı: Anam son nəfəsində Natiqin yanına gedəcəyini dedi
15:18 28.07.2025
Milli Qəhrəmanın qardaşı: Anam son nəfəsində Natiqin yanına gedəcəyini dedi
DİN əməliyyat keçirib, 24 kiloqram natrkotik aşkarlanıb
15:14 28.07.2025
DİN əməliyyat keçirib, 24 kiloqram natrkotik aşkarlanıb
Elçin "SYD"ni təqdim etdi - VİDEO
15:05 28.07.2025
Elçin "SYD"ni təqdim etdi - VİDEO
"Əri ola-ola başqa kişilərin hesabına irəliləyən məşhurlardan fərqli olaraq..." - Tolik Nigari müdafiə etdi
15:03 28.07.2025
"Əri ola-ola başqa kişilərin hesabına irəliləyən məşhurlardan fərqli olaraq..." - Tolik Nigari müdafiə etdi
Sosial ödəniş alanlara şad xəbər
14:52 28.07.2025
Sosial ödəniş alanlara şad xəbər
Yevlaxda 63 yaşlı kişi həmkəndlisini qətlə yetirdi
14:48 28.07.2025
Yevlaxda 63 yaşlı kişi həmkəndlisini qətlə yetirdi
"Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır" - Nigardan Fərqanəyə şok sözlər
14:48 28.07.2025
"Hicab taxıb, bədənşəkilləndirmə etmək də günahdır" - Nigardan Fərqanəyə şok sözlər
Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
14:47 28.07.2025
Prezident sabit aylıq tariflə bağlı dəyişikliyi təsdiqlədi
Binəqədidə bir həftədir ki, asfaltın altından su çıxır, sakinlər narahatdır - VİDEO
14:22 28.07.2025
Binəqədidə bir həftədir ki, asfaltın altından su çıxır, sakinlər narahatdır - VİDEO
Yol polisi motosiklet, velosiped və skuter sürücülərinə çağırış etdi
14:05 28.07.2025
Yol polisi motosiklet, velosiped və skuter sürücülərinə çağırış etdi
Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib? - AÇIQLAMA
14:00 28.07.2025
Timberleykin Bakı konsertində nə qədər insan iştirak edib? - AÇIQLAMA
Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI
13:56 28.07.2025
Dünyanın ən təhlükəsiz 10 ölkəsi - SİYAHI
Onlara da hərbi xidmətdən möhlət hüququ veriləcək
13:53 28.07.2025
Onlara da hərbi xidmətdən möhlət hüququ veriləcək