NASA-dan tarixi missiya: Kainatın 3D xəritəsi hazırlanır

NASA-dan tarixi missiya: Kainatın 3D xəritəsi hazırlanır
DÜNYA
16:16 28.02.2025
234
NASA kosmosun ən ətraflı və rəngarəng 3D xəritəsini yaratmaq üçün yeni elmi missiyaya hazırlaşır.
 
AZXEBER.COM axrici mətbuata istinadən xəbər verir ki, NASA-nın Jet Propulsion Laboratory (JPL) tərəfindən hazırlanmış "SPHEREx" teleskopu fevralın 28-i cümə günü kosmosa buraxılacaq. 
 
"SPHEREx" adlanan teleskop göy cisimlərinin tərkibini və məsafəsini müəyyən etmək üçün səmanı 102 müxtəlif infraqırmızı rəngdə skan edəcək.

O, növbəti iki il ərzində səmanı dörd dəfə skan edərək, nəhəng məlumat dəsti yaradacaq. Missiyanın sonunda kainatdakı 450 milyon qalaktikanın üçölçülü xəritəsi yaradılacaq.

Gülay
OXŞAR XƏBƏRLƏR