Natəvan Həbibi avtomobil qəzasına düşdü

Natəvan Həbibi avtomobil qəzasına düşdü
MAQAZİN
00:13 16.12.2012
4480

Azərbaycanın tanınmış müğənnisi Natəvan Həbibi qəzaya düşüb.

AZXEBER.COM-un SİA-ya istinadən verdiyi məlumata görə, hadisə bu dəqiqələrdə Novxanı yolunda baş verib. Lider TV-də yayımlanan "Rəngarəng" verilinin çəkilişinə, xalq artisti Nazpəri Dostəliyevanın bağına gedən zaman baş verən qəzada xəsarət alan olmayıb. Natəvanın sözlərinə görə, günah qarşı tərəfdə olub və problem yerində həll olunub. Qeyd edək ki, hadisə zamanı həmkarı Elnur Məmmədov da Natəvanla eyni maşında olub.

OXŞAR XƏBƏRLƏR