Nazir mobil operatorlara xəbərdarlıq etdi

İQTİSADİYYAT
11:50 17.04.2014
2327
Mobil operatorlar arasında trafik mübadiləsinin qiymətləri bizim qoyduğumuz qaydalara uyğunlaşmasa, qanun çərçivəsində işlər görüləcək.
AZXEBER.COM xəbər verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov jurnalistlərə bildirib.
Nazir qeyd edib ki, bu ilin əvvəlindən mobil operatorlar arasındakı trafik mübadiləsinin qiymətləri aşağı salınıb. Onun sözlərinə görə, bu da əsasən müştəriyə verilən son xidmətlərin qiymətində öz təsirini göstərəcək.
“Amma təəssüf ki, hələ üç operator buna razılıq vermirlər. Biz hesab edirik ki, mobil operatorlar bu razılığı verməlidirlər. Bu Tarif Şurasının və Nazirlər Kabinetinin bu istiqamətdə apardığı qaydalara uyğun həyata keçirilir. Əgər elə olmasa biz qanuni bazadan istifadə edərək məcbur edəcəyik ki, onların arasında olan bu trafik mübadiləsinin qiymətləri bizim qoyduğumuz qaydalara uyğunlaşsın. Bundan sonra mobil danışıqların qiymətinin aşağı düşməsinə müsbət təsir olacaq” - deyə, nazir əlavə edib.

OXŞAR XƏBƏRLƏR