Nazir müavini: “AZAL-ın biletlərinin qiyməti optimallaşdırılacaq”

Nazir müavini: “AZAL-ın biletlərinin qiyməti optimallaşdırılacaq”
SOSİAL
12:13 05.04.2023
134
"Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə bağlı aparılan islahatların əsas hədəflərindən biri məhz qiymətlərin optimallaşdırılmasıdır”.

AZXEBER.COM xəbər verir ki, bunu "Report”a müsahibəsində Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

R.Hümmətov hesab edir ki, AZAL-ın qiymətləri rəqibləri ilə müqayisədə o qədər də baha deyil:

"AZAL-ı öz sinfinə və xidmət kateqoriyasına uyğun şirkətlərlə müqayisə etsək, görərik ki, qiymətlər, əslində, göstərilən xidmətlərə mütənasibdir. Amma əlbəttə ki, biz də aviabiletlərin daha ucuz olması, AZAL-ın xarici vətəndaşları ölkəmizə daşıyan şirkətə çevrilməsi, Heydər Əliyev Hava Limanının beynəlxalq tranzit məkana çevrilməsi istiqamətində işlər aparırıq. Hazırda bu istiqamətdə aparılan müvafiq tədbirlərin nəticəsi olaraq artıq müştərilərə müxtəlif qiymətlərdə biletlər təqdim edilir. Populyar istiqamətlər üzrə qiymətlərə nəzər yetirsək, Bakı-Moskva bileti almaq istəyən sərnişinə "Buta Airways” ilə 29 avrodan, AZAL ilə isə 135 avrodan, Bakı-Dubay istiqaməti üzrə AZAL ilə 133 avrodan, Bakı-İstanbul reysi üzrə "Buta Airways” ilə 29 avrodan, AZAL ilə isə 114 avrodan başlayaraq seçim imkanı var.

Uzunmüddətli inkişaf strategiyasında təyyarə parkının yenilənməsi ilə yanaşı, qiymət siyasəti də nəzərə alınıb. Daha ucuz aviabiletlərlə bağlı AZAL tərəfindən müəyyən kampaniyalar keçirilir. 2022-ci ilin sonlarında AZAL 9 istiqamət üzrə 29 avrodan başlayan qiymətlərlə 10 min aviabileti satışa çıxarıb və bu kimi kampaniyaların gələcəkdə də baş tutması nəzərdə tutulur.

Onu da qeyd edək ki, AZAL tərəfindən sərnişin tutumu daha çox olan təyyarələrin alınması nəzərdə tutulub. Bu da, öz növbəsində, biletlərin qiymətinə təsir edəcək”.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
13:53 23.08.2025
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
13:42 23.08.2025
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
13:30 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb