Nazir paytaxtı tərk etmək məsləhət gördü - VİDEO

DÜNYA
21:56 07.12.2012
1654
İranın paytaxtı Tehranda əhalinin küçələrə çıxmasına icazə verilmir. Səbəb şəhərin havasının kəskin şəkildə pisləşməsidir. Məlumata görə, 12 milyon əhalisi olan Tehranda havanın həddən artıq çirklənməsinə səbəb avtomobillərin atmosferə buraxdığı tüstü, eyni zamanda küləyin kənar yerlərdən gətirdiyi toz dumanıdır. Tehran sakinləri deyir ki, paytaxtda artıq bir neçə gündür ki, qeyri-iş günü elan edilib və ictimai-iaşə obiyekləri fəaliyyət göstərmir.İnformasiya vasitələrinin yaydığı məlumata görə, ölkənin səhiyyə naziri Mərziyə Vəhid Dəstcerd Tehran sakinlərini müvəqqəti olaraq paytaxtı tərk etməyə və ya evdən çıxmamağa çağırıb. Nazir əsasən ürək xəstəliyi olanlar və körpələr barəsində xəbərdarlıq edib. Onun sözlərinə görə, xəstəxanalara ürək xəstəliyindən müraciət edənlərin sayı 30% artıb. Hazırda vətəndaşlara yardım göstərmək üçün paytaxt meydanlarında Təcili Tibbi Yardım maşınları dayanıb. İranın rəsmi qurumları xəbərdarlıq edib ki, havanın çirklənməsi yaxın günlərdə daha təhlükəli hal ala bilər.

OXŞAR XƏBƏRLƏR