Nazirlərin görüşündə 18 milyardlıq səhv

Nazirlərin görüşündə 18 milyardlıq səhv
İQTİSADİYYAT
12:52 03.06.2014
2364

Azərbaycan Rusiya iqtisadiyyatına yaxın 5-6 il ərzində 18 milyard dollar investisiya yatıracaq. Bu barədə iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda səfərdə olan Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevlə görüşü zamanı bildirib. Mustafayev iki ölkə arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini deyib. Nazir bildirib ki, ötən il ölkələr arasında mal dövriyyəsinin həcmi 10 faiz artıb, bu göstəricinin daha da artması üçün potensial var.

AZXEBER.COM “Bizim Yol” qəzetinə istinadən xəbər verir ki, hazırda Azərbaycanda Rusiya kapitalı ilə işləyən 570 şirkət fəaliyyət göstərir, son illər Rusiya şirkətləri Azərbaycana 628 milyon dollar yatırım qoyub. Azərbaycan isə Rusiya iqtisadiyyatına ötən 10 ildə 1 milyard dollara yaxın investisiya yatırıb.

Amma İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti Azərbayanın Rusiyaya yaxın 5-7 ildə 18 milyard dollar investisiya yatıracağına dair yayılmış xəbərlərə təkzib verib.

Nazirlikdən verilən məlumata görə görüşdə 18 milyard dollar söhbəti olub. Amma bu rəqəm Azərbaycanın 2017-ci ilədək Türkiyəyə yatıracağı investisiyaların həcmini əks etdirirdi və Rusiyaya aidiyyatı yox idi.

“Rusiyanın “RİA Novosti” agentliyinin görüşü izləyən rus əməkdaşı isə bunu Rusiyaya yatırılacaq investisiyalar kimi başa düşüb və xəbəri o cür yayıb. Əslində nazir dedi ki, Azərbaycan indiyədək Rusiyaya 1,8 milyard dollar investisiya yatırıb və gələcəkdə bu investisiyaların həcmi daha da arta bilər” - deyə nazirliyin mətbuat xidmətinin düzəlişində bildirilir.

Bu ölkə ilə ümumi ticarət dövriyyəmiz ən yaxşı halda 2012-cu ildə olub-2,8 milyard dollar, 2012-ci ildə 2,3 milyard, 2013-cü ildə isə 2,5 milyard dollara qədər yüksəlib. 

Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsulları ilə təmintandan bu dövlətin ən böyük payı olduğunu deyə bilərik. Belə ki, Rusiyadan əsasən, at, ulaq, iri və xırda buynuzlu ev heyvanları, balıq və balıq məhsulları, ət və ət məhsulları, süd və süd məhsulları, kərə yağı, yumurta, toxumluq və ərzaq buğdası, habelə digər dənli bitkilər, günəbaxan, konservləşdirilmiş ət və balıq məhsulları, şəkər, tikinti materialları, neft məhsulları, kosmetik vasitələr, dəftərana ləvazimatları, müxtəlif şampunlar, geyim əşyaları və sair mallar idxal olunur.

İxracatda isə əsas pay etilen polimerlərnindən hazırlanmış torbalar, neft məhsulları, elektrik enerjisi, təbii qaz, tütün məmulatları, meyvə və tərəvəz məhsulları və sair məhsullarına aiddir.

Xatırladaq ki, Rusiyanın «Rosneft» və ARDNŞ arasında neft hasilatı ilə bağlı sazişin imzalanması birmənalı qarşılanmamışdı. Əsas mübahisə doğuran məqam isə «Rosneft»in rəhbəri İqor Seçinə qarşı ABŞ-ın sankisiya tətbiq etməsi idi. Rəhbərinə sanksiya tətbiq edilmiş bir şirkətlə Azərbaycanın əməkdaşlıq etməsinin əleyihə çıxanlar da var idi, tərəfini saxlayanlar da. 

Əlbəttə, ABŞ və bir sıra Avropa ölkələrində bazarları məhdudlaşan, gələcək təhlükələrdən sığortalamaqdan ötrü Rusiya üçün hər bir kiçik bazar böyük əhəmiyyət kəsb edə bilər. Analitiklər qadağalardan sonra Moskvanın Asiya məkanına üz tutacağını öncədən proqnozlaşdırırdılar. «Rosneft»lə imzalanan saziş də buna bariz nümunədir. Rusiya bununla sanksiyalara baxmayaraq, Azərbaycanın onunla energetika sahəsində əməkdaşlıq edəcəyini açıq şəkildə bəyan etdi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"