Nazirlik yarım milyonu ödətdirdi

İQTİSADİYYAT
11:42 10.10.2014
2064
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) dövlət nəzarəti zamanı iş yerlərində əmək haqlarının və digər sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinə işəgötürənlər tərəfindən əməl olunmasına xüsusi diqqət yetirir.AZXEBER.COM-un Nazirliyə istinadla verdiyi məlumata görə, DƏMX-in bu istiqamətdə həyata keçirdiyi tədbirlərin nəticəsi kimi, bu ilin yanvar-sentyabr aylarında ümumilikdə 418 207 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödəmələrin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.Həmin vəsaitin 388 125 manatını əmək haqları, 19 767 manatını zərərə görə ödənclər, 10 315 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.Qeyd olunan istiqamətdə dövlət nəzarətinin gücləndirilməsi nəticəsində işçilərə əmək haqlarının və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları tədricən azalır.

OXŞAR XƏBƏRLƏR