Bu gün Azərbaycan Dövlət Neft Fondu tərəfindən alınmış London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının standartlarına uyğun daha 1 ton qızıl (32 150 troy unsiyası) Britaniyanın Brinks Qlobal Servisiz Şirkəti tərəfindən Azərbaycana gətirilib.
Neft Fondundan verilən məlumata görə, bununla da ölkəyə gətirilmiş qızılın ümumi miqdarı təxminən 4 tona (128 600 troya unsiyası) çatdırılıb.Qeyd edək ki, Fond aldığı qızılın ilk hissəsini bu il yanvarın 11-də Azərbaycana gətirib. Ölkəyə gətirilən qızıl müvəqqəti saxlanılmaq üçün Mərkəzi Bankda yerləşdirilir. Hazırda Fondun investisiya portfelinə daxil edilmiş qızılın ümumi miqdarı 18 666 kq (600 146 troya unsiyası) təşkil edir.