Neft Fondu daha 1 ton qızılı Azərbaycana gətirib

MARAQLI
16:41 05.04.2013
1544

Bu gün Azərbaycan Dövlət Neft Fondu tərəfindən alınmış London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyasının standartlarına uyğun daha 1 ton qızıl (32 150 troy unsiyası) Britaniyanın Brinks Qlobal Servisiz Şirkəti tərəfindən Azərbaycana gətirilib.

Neft Fondundan verilən məlumata görə, bununla da ölkəyə gətirilmiş qızılın ümumi miqdarı təxminən 4 tona (128 600 troya unsiyası) çatdırılıb.Qeyd edək ki, Fond aldığı qızılın ilk hissəsini bu il yanvarın 11-də Azərbaycana gətirib. Ölkəyə gətirilən qızıl müvəqqəti saxlanılmaq üçün Mərkəzi Bankda yerləşdirilir. Hazırda Fondun investisiya portfelinə daxil edilmiş qızılın ümumi miqdarı 18 666 kq (600 146 troya unsiyası) təşkil edir.

OXŞAR XƏBƏRLƏR