'Neftçi', bəs, buna sözün nədir? - KÖŞƏ

İDMAN
13:04 08.05.2012
1517
Ötən həftə yazdığım “Budurmu, “Neftçi”nin peşəkarlığı?” başlıqlı yazının bu qədər ajiotaj doğuracağını gözləməzdim. Daha doğrusu, paytaxt klubundan etiraz olacağını təxmin etmişdim. Amma bu dərəcədə də yox. Öncə klubun vitse-prezidenti Tahir Süleymanov mətbuata müsahibə verərək “bizi qeyri-peşəkarlıqda ittiham edənlər qaydaları açıb oxusunlar” fikrini səsləndirdi. Daha sonra “Neftçi”nin mətbuat xidmətinin əməkdaşı Gündüz Abbaszadənin imzası ilə klub adından redaksiyamıza etiraz məktubu gəldi. Orada da FİFA-nın qaydaları və “Neftçi”nin bu qaydalara uyğun hərəkət etdiyi vurğulanır. Hər iki şəxslə çox yaxşı münasibətim və hər ikisinə böyük hörmətim var. Həm Tahir müəllimlə, həm də Gündüz qardaşımla razıyam, bəli, FİFA qaydalarına görə klubu ilə müqaviləsi bitmək üzrə olan istənilən futbolçu bitimə 6 ay qalmışdan istənilən klubla danışıq apara bilər. Bu qaydalardan mənim də xəbərim var və yazının sonunda da bunu göstərmişəm. Amma FİFA qaydalarının mənim yazıma nə dəxli var, bax, bunu anlaya bilmirəm. Məgər, mən “Neftçi”ni hansısa qayda pozuntusunda ittiham eləmişəm ki, mənə FİFA qaydalarını xatırladırsınız? Bəlkə yazımda “Neftçi” Rəşad Sadiqovla qanunsuz danışıqlar apararaq, FİFA qaydalarını pozdu” deyə iddiada bulunmuşam? Hüquqi cəhətdən “Neftçi”ni heç bir məsələdə ittiham eləmədiyim halda mənə qaydaları xatırlatmağa nə gərək var? Bəli, qaydalara görə, “Neftçi” heç bir yalnışlığa yol verməyib. Mənim etirazım məsələnin mənəvi tərəfi ilə bağlıdır. Yəni, “Neftçi” “Qarabağ”ın çətin günlərində onun kapitanı ilə klubundan xəbərsiz danışıq aparıb, razılığa gəlməklə qarşı tərəfə hörmətsizlik edib. Fikrimcə, bu, peşəkar kluba yaraşan hərəkət deyil. Kimsə məni peşəkarlıqla etikanı qarışdırmaqda günahlandırmasın. Ona qalsa, gərək, həmin şəxslər yerdə qalan rəqibə görə topu auta çıxarmayıb gedib qol vuran futbolçunu da tənqid etməsinlər. Çünki heç bir qaydada belə şey yazılmayıb. Məncə, fikrimi hamıya çatdıra bildim.İndi gəlim, məsələnin ikinci tərəfinə. Bu dəfə artıq “Neftçi”ni etik yox, hüquqi cəhətdən peşəkar olmamaqda ittiham etməyə haqqım var. Niyə? Bildiyiniz kimi, paytaxt klubu Ağdam klubunun daha bir futbolçusu olan Əfran İsmayılova da təklif göndərərək onu heyətində görmək istədiyini deyib. Elə Əfran özü də saytımıza açıqlamasında bunu təsdiqləyib: “Bəli, həqiqətən də “Neftçi” klubundan mənə təklif gəlmişdi və onlar məni öz heyətlərində görmək istəyirdilər. Lakin mən təklifdən imtina elədim. Çünki “Qarabağ”la 1 illik müqaviləm var, buradan heç hara getmək haqda düşünmürəm. Bunu “Neftçi” tərəfinin də nəzərinə çatdırdım və dedim ki, təklifiniz üçün çox sağ olun, amma mənim irəlidə “Qarabağ”la qazanmalı olduğum uğurlar var”. Yaxşı, qaydalarla danışırsınızsa o zaman mən də qaydalarla danışacağam. Əfran İsmayılov ötən yay “Qarabağ”la 2 illik müqavilə imzalayıb və həmin müqavilənin 1 ili hələ də qalmaqdadır. FİFA-nın qaydalarına görə isə hər hansı bir klub başqa klubla 1 ildən artıq müqaviləsi olan futbolçunu heyətinə qatmaq istəyirsə, birbaşa həmin futbolçunun şərəfini qoruduğu kluba rəsmi təkliflə müraciət etməlidirlər. FİFA qaydaları klubdan xəbərsiz futbolçu ilə danışıq aparmağın qadağan olduğunu göstərir. Nənki danışıq, hətta həmin futbolçuya zəng edib təklif irəli sürmək də qanunsuzluq sayılır. Belə çıxır ki, indiki vəziyyətdə “Neftçi” bütün qaydaları tapdalayıb və sözün əsl mənasında qeyri-peşəkar addım atıb. Çünki başqa klubla 1 illik müqaviləsi olan futbolçuya onun klubundan xəbərsiz təklif göndərib. FİFA-nın qaydaları “Qarabağ”a “Neftçi”ni hətta məhkəməyə vermək səlahiyyəti də verir. Yəni, “Qarabağ” rəhbərliyi tam haqlı olaraq, onlardan xəbəsriz Əfranla əlaqə saxlayıb onu öz heyətinə dəvət edən “Neftçi”ni məhkəməyə verə bilər. Hə cənablar, buna sözünüz nədir?
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
12:44 28.02.2026
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
12:42 28.02.2026
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
12:33 28.02.2026
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
12:28 28.02.2026
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
12:24 28.02.2026
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
12:23 28.02.2026
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
12:21 28.02.2026
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
İran İsrailə raket zərbələri endirib
12:14 28.02.2026
İran İsrailə raket zərbələri endirib
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
12:10 28.02.2026
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
12:03 28.02.2026
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
12:02 28.02.2026
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
11:57 28.02.2026
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
11:56 28.02.2026
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
11:56 28.02.2026
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
11:51 28.02.2026
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz
11:48 28.02.2026
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz