"Neftçi" rumıniyalı müdafiəçini transfer edib

"Neftçi" rumıniyalı müdafiəçini transfer edib
İDMAN
23:53 22.07.2025
781
"Neftçi” futbol klubu növbəti transferini həyata keçirib.

AZXEBER.COM paytaxt klubunun açıqlamasına istinadən xəbər verir ki, rumıniyalı sağ cinah müdafiəçisi Kristian Kostin bundan sonra "ağ-qaralar"ın şərəfini qoruyacaq.

27 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.

Bunadək yalnız vətənində çıxış etmiş Kostinin sonuncu klubu "Dinamo” (Buxarest) olub.

O, bir neçə mövqedə oynamağı bacaran universal futbolçudur.
OXŞAR XƏBƏRLƏR