"Neftçi" və "Qarabağ"ın oyunlarına hakim təyinatları açıqlandı

"Neftçi" və "Qarabağ"ın oyunlarına hakim təyinatları açıqlandı
İDMAN
11:45 17.10.2021
425
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun son iki oyunu üçün hakim təyinatları açıqlanıb.

AZXEBER.COM-un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, "Sumqayıt" - "Neftçi" matçı FIFA referisi Elçin Məsiyevə, "Sabah" - "Qarabağ" görüşü isə Kamal Umudluya həvalə olunub.

17 oktyabr (bazar)

16:30. "Sumqayıt” – "Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

"Kapital Bank Arena”.

18:45. "Sabah” – "Qarabağ”

Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Səbuhi Bayramov

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

"Bank Respublika Arena”.
OXŞAR XƏBƏRLƏR