Nəhəng "göy daşı" Aya çırpılacaq - Dünya üçün böyük risk

Nəhəng "göy daşı" Aya çırpılacaq - Dünya üçün böyük risk
HADİSƏ
15:16 01.07.2025
261
2024-cü ilin sonunda kəşf edilən və əvvəlcə Yerlə toqquşma şansının olduğu düşünülən nəhəng asteroidin əslində Aya doğru getdiyi üzə çıxıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, YR4 adlanan və 10 mərtəbəli bina ölçüsündə olan bu asteroid Aya düşərsə, qlobal miqyasda rəqəmsal sistemlərə zərər verə bilər.

Avstraliya Milli Universitetinin astroloqu və kosmoloqu Bred Taker, "Yer üçün təhlükə azalıb, lakin bu təhlükə Aya doğru dəyişib. Dörd faiz çox böyük göstərici deyil, lakin biz 25-də 1 şansdan danışırıq, bu, nəzərə alınmalı olan bir şeydir" deyə bildirib.
 
Aysel
OXŞAR XƏBƏRLƏR