Nepalın paytaxtı Katmandu şəhərinin şimalında helikopter qəzaya uğrayıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub.
Nepal Mülki Aviasiya İdarəsinin verdiyi açıqlamaya görə, Katmandu Beynəlxalq Hava Limanından havaya qalxan helikopter havaya qalxdıqdan 3 dəqiqə sonra əlaqə kəsilib.
Səlahiyyətli şəxslər bildiriblər ki, Katmandunun şimalında dağlarda qəzaya uğrayan helikopterin qalıqları arasından biri qadın olmaqla 5 nəfərin cəsədini tapılıb.
Həyatını itirən 4 sərnişinin Çin vətəndaşı, pilotun isə Nepal vətəndaşı olduğu açıqlanıb.
Oksana