Nərgiz Paşayeva: 'Yalançı yaxşılıqdan pis heç nə yoxdur' - FOTOLAR

MƏDƏNİYYƏT
18:25 05.02.2013
3501

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva “Nargis” jurnalına müsahibə verib.

Gün.Az-ın verdiyi xəbərə görə, Nərgiz Paşayeva ilə jurnalın baş redaktoru Ülviyyə Rəhmanova söhbətləşib.

Ülviyyə Rəhmanova anasına çoxdan cavab gözlədiyi cavabları almaq üçün suallarını ünvanlayıb.

Ü.Rəhmanova söhbətinə N.Paşayevanın baxışlarının çox iti, eyni zamanda da qəlbinin çox mülayim olması fikri ilə başlayıb. Həmsöhbəti isə öz növbəsində gözlərin qəlbin aynası olduğunu, insanın daxili aləmini əks etdirdiyini ifadə edib.

O, insanın vaxt keçdikcə müdrikləşməli olduğunu, həyatda yaşadığı illərdən ibrət götürməli olduğunu da vurğulayıb.

İnsanın fəlsəfi kateqoriyaların ən mürəkkəbi olduğunu dilə gətirən professor insanın həqiqəti tanıya bilməsi üçün əvvəlcə özünü tanımasının labüdlüyünü qeyd edib. Əsl insanın dürüst olmağın, təmiz qalmağın vacibliyini dərk edən şəxs olduğunu deyən N.Paşayeva bunu əxlaqın ən ali meyarı kimi qiymətləndirib.

İnsanın formalaşmasında tərbiyənin rolunun danılmaz olduğunu bildirən N.Paşayeva bu mənada ailə üzvlərinin, ən çox isə ananın əvəzsiz rolunu xüsusilə vurğulayıb.

Məzun olduğu 1983-cü ildən işləməyə başladığını deyən və artıq 26 yaşında elmlər namizədi olduğunu vurğulayan N.Paşayeva 400-dən artıq tələbənin təhsil aldığı müəssisəyə rəhbərlik etməyin və eyni zamanda da iki uşaq tərbiyə edib böyütməyin karyera pilləsi ilə addımlayan qadın üçün çətin, lakın məsuliyyətli vəzifə olduğunu bəyan edib.

İnsanda müsbət keyfiyyət kimi ən çox əxlaqı və xeyirxahlığı qiymətləndirdiyini bildirən N.Paşayeva laqeydlikdən, amansızlıqdan və ikiüzlülükdən qaçdığını vurğulayıb. O, eyni zamanda yalançı laqeydlikdən pis heç nəyin olmadığını bildirib.N.Paşayeva sevginin ülvi olmasına və uzunmüddətli olmasına inamını da qeyd edib.

Müsahibənin sonunda N.Paşayeva “Nargis” jurnalına gözəllik və uğur arzulayıb.

Foto: Sitarə İbrahimova, Nicat Burçiyev

OXŞAR XƏBƏRLƏR