Neymar DÇ-2022-dən sonra Braziliya yığması ilə vidalaşmaq istəyir

Neymar DÇ-2022-dən sonra Braziliya yığması ilə vidalaşmaq istəyir
İDMAN
19:17 10.10.2021
485
Fransanın PSJ klubunun futbolçusu Neymar Braziliya yığmasındakı karyerasını 2022-ci il dünya çempionatından sonra başa vurmaq istəyir.

30 yaşlı hücumçu DAZN nəşrinə müsahibəsində DÇ-2022-nin yığma karyerasında sonuncu mundial olacağını etiraf edib.

O, futbola davam etməyə güc və ruhunun çatacağını bilmədiyini söyləyib: "Qarşıdakı dünya çempionatında yaxşı çıxış etmək və yığma ilə qalib olaraq, uşaqlıq arzumu gerçəkləşdirmək üçün hər şeyi edəcəyəm. Ümidvaram ki, bizdə hər şey alınacaq".

Neymar Braziliya millisində 2010-cu ildən çıxış edir. O, 2016-cı ildə olimpiya çempionu, 2013-cü ildə Konfederasiyalar Kubokunun qalibi olub.

Qeyd edək ki, dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda keçiriləcək.
 
Report
OXŞAR XƏBƏRLƏR