Niderland Ukraynaya 18 “F-16” tədarük edəcək

Niderland Ukraynaya 18 “F-16” tədarük edəcək
DÜNYA
19:20 22.12.2023
195
Niderland hökuməti Ukraynaya vermək üçün 18 "F-16” qırıcının hazırlanmasına dair qərar qəbul edib.

Krallığın baş naziri Mark Ryutte Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının yekunu ilə bağlı "X" səhifəsində statusunda yazıb.

O qeyd edib ki, Volodimir Zelenskini Niderland hökumətinin qərarı barədə məlumatlandırıb.

Mark Ryutte bildirib ki, F-16-nın tədarükü Ukraynaya hərbi dəstək haqqında sazişlərinin ən mühüm elementlərindəndir: "İxrac icazəsi, çatdırılmadan əvvəl bir sıra digər şərtlər, o cümlədən heyət və infrastruktur tələbləri yerinə yetirilməlidir”.
 
///Report
OXŞAR XƏBƏRLƏR