Nigar Camal üzünü 1 milyona sığortalayıb

Nigar Camal üzünü 1 milyona sığortalayıb
ŞOU-BİZNES
10:48 27.09.2011
6124

“Eurovision-2011” müsabiqəsinin qalibi Nigar Camal 1 milyon manata üzünü sığortalayıb.

APA-nın məlumatına görə, müğənni artıq sığorta şirkətlərindən biri ilə bununla bağlı müqavilə imzalayıb. Bununla əlaqədar sentyabrın 28-də sığorta şirkətinin təmsilçiləri və N. Camal birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, dünyanın tanınmış ulduzları bədənlərinin müxtəlif yerlərini sığortalatdırırlar. Azərbaycanda isə ilk dəfə olaraq Nigar Camal belə bir addım atıb.

OXŞAR XƏBƏRLƏR